Riyaziyyat-fizika tədbiri

Fənnlərin elmi müstəvidə rolunu və əhəmiyyətini bir daha göstərmək və şagirdlərə təbliğ etmək məqsədilə bu gün məktəbimizdə riyaziyyat-fizika tədbiri keçirildi. Belə tədbirlər proqram materiallarının dərindən mənimsənilməsinə kömək etməklə yanaşı, şagirdlərin fənnə olan həvəsini artırır, dünyagörüşünü genişləndirir və elmi məlumatlarını zənginləşdirir. Şagirdlər riyaziyyatın və fizikanın gündəlik həyatımızda rolu, riyaziyyatın bütün elmlərin şahı olmasına dair səhnəciklərini, hazırladıqları rəqs və musiqi çələngilə tədbiri daha da rəngarəng etdilər. Tədbirin sonunda “Viktorina” keçirildi, maraqlı və əyləncəli məntiqi suallar bütün şagirdlərin marağına səbəb oldu. Tədbirdə iştirak edən riyaziyyat və fizika müəllimləri riyaziyyat, məntiq və fizikanın əhəmiyyətindən danışaraq, şagirdlərə testi həll etməyə qaçmamağa, ilk öncə fənnlərin kökünü öyrənməyə çağırdı. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arizə xanım Mahmudova qeyd edib ki, artıq ənənə şəklini alan fənn tədbirlərinin təşkili rəhbərlik etdiyi məktəbdə özünü doğruldub. Çıxışı zamanı direktor riyaziyyat və fizikanın elm olaraq mahiyyəti haqqında geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi