Mirzə Ələkbər Sabir yaradıcılığının müzakirəsi

Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrəddin İbrahimovun təşkilatçılığı ilə Mirzə Ələkbər Sabir yaradıcılığının müzakirəsi keçirildi, ədibin həyatı, fəaliyyət dövrü maraqlı faktlarla təhlil edildi. Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə dərin iz qoyan satira ustamızın əsərlərinin mövzu baxımından hələ də aktuallığını qoruması qeyd olundu. Sonda məktəbin şagirdləri şairin yaradıcılığına müraciət edərək, şerlər səsləndirdilər.“Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!Gərçi bu bədbəxt özü elmə həvəskardır,Kəsbi-kamal etməyə səyi dəxi vardır,Məncə bu işlər bütün şiveyi-küffardır,Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!” (M.Ə.Sabir)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi