"Hər dərdin dərmanı - Zeytun"

Zeytun ta qədimdən insanların qidalanmasına daxildir. "Ekoloji aylıqlar" layihəsi çərçivəsində şagirdlər zeytunun sağlamlığa faydasını araşdırdılar. Zeytun çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa - 6 yağlı turşular, zülallar, qida lifləri, C, E, A, K, B qrupu vitaminləri, fosfor, dəmir,kalium, maqnezium, mis, kalsium , sink və s. minerallar var. Omeqa - 6 yağlı turşular ürək-damar və beyin üçün olduqca xeyirlidir. Zeytun və zeytun yağı insanın mədə - bağırsaq sistemi üçün də çox faydalıdır. Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırır, öd kisəsində durğunluğun qarşısını alır. Zeytunun tərkibində olan xeyirli maddələr sümüklərin və dişlərin vəziyyətinə müsbət təsir edir, immun sistemini möhkəmləndirir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi