"Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ"

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində şagirdlərimiz gicitkənin insan sağlamlığına təsirini araşdırdılar. Şagirdlər çıxışlarında təzə gicitkənin C vitamini ilə olduqca zəngin olduğunu vurğuladılar. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır. A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir , görmə üçün faydalıdır. Gicitkən iltihab və mikrobəleyhinə təsirə malikdir, nəfəs yollarını təmizləyir, orqanizmi möhkəmləndirir, kosmetologiyada çox geniş istifadə olunur. Antioksidantlarla zəngin olan gicitkən orqanizmdə gedən qocalma prosesləri ləngidir, xərçəngin inkişafının qarşısını alır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi