Ümummilli lider Heydər Əliyevin doğum gününün 94 illiyi və Gül bayramı

Mayın 10-da məktəbimizdə Ümummilli lider Heydər Əliyevin doğum gününün 94 illiyi və Gül bayramı qeyd olundu. Bu əlamətdar günlə bağlı məktəbdə anım tədbiri, müsabiqələr, sərgilər keçirildi. Eyni zamanda, şagirdlərin əl işlərindən ibarət stend hazırlanıb. Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs olundu. Şagirdlər ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə qazandığı yüksək nailiyyətləri də qeyd etdilər. Tədbir II c sinif şagirdlərinin rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyaları ilə davam etdirildi. Tədbirin sonunda ən yaxşı divar qəzeti müsabiqəsinin qalibləri diplomla mükafatlandırıldı. I yer – V a sinfi, II yer – VII b sinfi, III yerə – VI b sinfi layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi