"Heydər Əliyev və müstəqil Azərbaycan" mövsüzunda dəyirmi masa

Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövsüzunda dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru Arizə xanım Mahmudova, məktəbin keçmiş direktoru Həsən Qulamov, Sabunçu rayon Veteranlar şurasının sədri, azərbaycan dili və ədəbiyyat müəllimi Elxan Xəzər, tarix müəllimləri Mehriban Poladova və Firuzə Ağayeva iştirak edirdi. Tədbiri giriş sözü ilə açan A.Mahmudova Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Elxan Xəzər çıxış edərək qeyd edib ki, Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəlib. O deyib ki, 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yaranıb: "Ölkədə həyata keçirilən tədbirlər onu göstərir ki, biz dünyanın ən maraqlı ölkələrindən birinə çevrilmişik. Ulu öndər Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq". M.Poladova da çıxış edərək qeyd etdi ki, Azərbaycan çətin zamanda bir istinad nöqtəsinə, sülhün, tərəqqinin, çox uğurlu siyasətin ünvanına çevrilib: "Bu, məhz böyük şəxsiyyətin siyasətinin nəticəsidir. Nə yaxşı ki, ağıllı gəncliyimiz onun yanında oldu. Ulu öndərin övladı İlham Əliyev onun yolunu uğurla davam etdirir". Tədbir zamanı Heydər Əliyevlə bağlı hazırlanmış təqdimat nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi