II c sinif şagirdləri Azərbaycan Xalça Muzeyini ziyarət ediblər
Ekskursiya zamanı şagirdlər Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya ilə yaxından tanış olublar. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu şagirdlərdə xoş təəssürat yaradıb. Bələdçi tərəfindən xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri həmçinin xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verilib.