"AMEA Mərkəzi Nəbatat Bağına ekskursiya"

Ekoloji aylıqlar layihəsi çərçivəsində müəllimlərimiz Novruzova Könülün və Əliyeva Aytənin iştirakı ilə şagirdlərimiz Mərkəzi Nəbatat Bağında ekskursiyada oldular. Mərkəzi Nəbatat Bağı - Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi tədqiqat müəssisəsidir. Ekskursiya zamanı şagirdlərimiz Mərkəzi Nəbatat Bağının tarixi haqqında ümumi məlumat əldə etdilər. Mərkəzi Nəbatat Bağının strukturunda "Ağac və kol bitkiləri" , "Nadir və nəsli kəsilməkdə olan bitkilər", "Örtülü şəraitdə becərilən bitkilər", "Çiçəkçilik" və "Bitkilərin mühafizəsi və monitorinqi" laboratoriyaları ilə yanaşı, "Toxumçuluq" və "Bitkilərin xəstəlik və ziyanvericilərlə mübarizə " sektorları fəaliyyət göstərir. Şagirdlərimiz həmçinin son illər əldə edilmiş əsas elmi nəticələrlə də tanış oldular. AMEA Mərkəzi Nəbatat Bağında tumurcuq mutasiyası nəticəsində alınmış "Əsrin müqaviləsi", "Sarı gəlin " və "Nazpəri " qızılgül sortları üçün müəlliflik şəhadətnaməsi və patent alınmışdır. Qarğasoğanı cinsi növlərinin kolleksiyası yaradılmışdır. Ağıriyili ardıcın radial artım dinamikası öyrənilmiş, oduncaq-həlqə xronologiyası yaradılmışdır. Ekskursiya zamanı şagirdlər Nəbatat Bağında introduksiya olunmuş bitkilərlə, Azərbaycan florasına aid nadir və endem bitkilərlə əyani tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi