"Şagirdlərimiz dəniz kənarı milli parkda"

Ekoloji aylıqlar layihəsi çərçivəsində bir qrup şagirdimiz Dəniz kənarı Milli Parkda Azərbaycanın biomüxtəlifliyini araşdırdı. Dəniz kənarı milli park - Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşir, 1909-cu ildə yaradılmışdır. 29 dekabr 1998-ci ildən Milli Park statusunu daşıyır. Xəzər dənizində canlılar aləmi olduqca zəngindir. Xəzərdə 1332 fauna növü mövcuddur. Burada balıqların 111 növü yaşayır. Xəzər dənizində yaşayan balıqları əyani şəkildə görmək şagirdlərdə marağa səbəb oldu. Xəzər sularında yaşayan yeganə məməli heyvan suitidir. Su quşları dənizin özündə, sahil dayazlıqlarında, adalarda yaşayırlar. Quşların bir qismi oturaq həyat keçirir, digər qismi isə qışlama, çoxalma üçün Xəzər sahillərinə pənah gətirir. Xəzər dənizinin sahil dayazlıqlarında, körfəz və buxtalarında su bitkiləri yaxşı inkişaf etmişdir. Burada 574 bitki növü və yarımnövü aşkar edilmişdir. Onların cəmi 5 növü ali bitkilərə aiddir. Ali bitkilərdən dənizotu, suçiçəyi, ruppiya böyük əhəmiyyətə malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi