“Ana təbiəti qoruyaq!”

Ekoloji aylıqlar layihəsi çərçivəsində 18 aprel 2017-ci il tarixində məktəbimizin biologiya müəlliməsi Rəsulova Vəfa VI b sinifində biologiya fənnindən “Ana təbiəti qoruyaq!” adlı nümunəvi dərs keçirdi. Dərs zamanı şagirdlərə mövzü ətrafında məlumat verildi. “Ana təbiətin uşaqlara məktubu” adlı video rolik izlədildi. Rəsulova Vəfa danışaraq qeyd etdi ki, - Biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Biz meşələrimizi kəsib doğrayanlara qarşı mübarizə aparmalıyıq. Əgər hər kəs meşələrin ağır bir zəhmət bahasına başa gəldiyini bilsə, onda insafsızlığa yol verməz. Biz o vaxt sağlam olarıq ki, meşələrimiz, yaşıllıqlarımız çox olsun. Gəlin, ana təbiətin bizə bəxş etdiyi əvəzsiz varlığı – meşələri qoruyaq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi