"Dovşanlar"

Ekoloji aylıqlar layihəsi çərçivəsində Qasımova Ulduza "Azərbaycanın biomüxtəlifliyi" mövzusunda III b sinif şagirdlərinə Azərbaycanda yayılan dovşanlar haqqında məlumat verdi. Dovşanlar - dovşankimilər dəstəsindən olan heyvanlardır. Dovşanların qabaq ayaqları qısa, arxa ayaqları uzun və güclüdür. Səs çıxarmadan yanına yaxınlaşmağa çalışsanız da, onlar sizi hiss edərlər. Dovşanlar ildə 4 dəfəyə qədər balalaya bilir. Boz dovşanların balaları doğulan kimi görür və tüklü olurlar. Ada dovşanının balaları isə kor və tüksüz doğulur. Onlar yuvalarda koloniyalarla yaşayırlar. Məlumat əldə etdikdən sonra şagirdlər dovşanın kələm və ot ilə qidalanmasının əyani şahidi oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi