"Bitkilər aləminə səyahət"

Ekoloji aylıqlar layihəsi çərçivəsində coğrafiya müəlliməsi Novruzova Könülün və ibtidai sinif müəlliməsi Məmmədova Mətanətin təşkilatçılığı ilə şagirdlərimiz ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlərimiz Azərbaycan florasına aid bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti haqqında məlumat əldə etdilər. Bitki - mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biridir. Botanika elminin tədqiqat obyetki olan bitkilər yer kürəsində geniş yayılmışdır.Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalırlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Ekskursiya zamanı şagirdlərimiz qızılgül haqqında da məlumat əldə etdilər. Qızılgül -dekorativ çiçək yetişdirmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi