“Yaşıl məktəb” layihəsi

“Ekologiya və Sağlamlıq” hədəfi altında həyata keçirilən layihələrdən biri də “Yaşıl məktəb” layihəsidir. Bu layihə çərçivəsində 07.04.2017-ci il tarixdə məktəbimizə 50 ədəd ağac tingi göndərildi. Ağaclar şagirdlər tərəfindən məktəb həyətində əkildi. Əkilən ağaclar üzvi gübrə verilərək suvarıldı. “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsinin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi