Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş tədbir

Mayın 8-də məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, Azərbaycan tarixi və Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, hakimiyyətdə olduğu illərdə Azərbaycanın inkişafı naminə atdığı addımlardan, Ulu Öndərin şərəfli ömür yolundan, çoxşaxəli fəaliyyətindən, xilaskarlıq missiyasından söhbət açdı. Ulu Öndərin Azərbaycan tarixinə, mədəniyyətinə, elm və təhsilinə verdiyi yüksək dəyərdən danışdı. Sonda məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeir və mahnılar ifa etdilər.