Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş dəyirmi masa

Mayın 8-də məktəbin tarix müəllimi Aytən Həsənovanın iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Dəyirmi masada şagirdlərin Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə dair çıxışları dinlənildi. Aytən Həsənova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğunda və dövlətlərarası münasibətlərdə, eləcə də Qafqazda sülh və təhlükəsizliyin yaranmasında xidmətləri vurğuladı. Qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü siyasi proseslərin əsasını qoyub.