“Azərbaycanın biomüxtəlifliyi”

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayının mövzüsu “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi”dir. Aylıq çərçivəsində bu mövzü ətrafında tədbirlər planı işlənib hazırlanmışdır. Həmin plana əsasən VI b sinifinin şagirdləri ilə “Azərbaycanın biomüxtəlifliyi” mövzüsunda dəyirmi masa təşkil olundu. Şagirdlərimiz mövzü ətrafında çıxış edərək, biomüxtəliflik haqqında məlumat verdilər, tədimat və videorolikə baxdılar. Biomüxtəliflik “Bioloji və müxtəliflik” sözlərinin qısaldılmış formasından yaranmışdır. Biomüxtəliflik, Yer üzərində olan həyatın növ müxtəlifliyinin hamısına (bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər) həmçinin, onların formalaşdırdığı icmalara və yaşadıqları yaşayış mühitlərinə aiddir.2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməyə əsasən 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq Bioloji müxtəliflik günü” elan etmişdir. 2001-ci il dekabr ayının 21-də bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası təsis olunub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə biomüxtəlifliyin qorunub saxlanılmasının strateji önəm daşıdığını diqqəti cəlb edərək: “Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəklikdir, faktdır və gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı ekoloji vəziyyət, udduğumuz hava, içtiyimiz su bütün bunlara biz çox böyük diqqət göstərməliyik” deyib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi