Aprel döyüşlərinə həsr olunmuş tədbir

Şagirdləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Qarabağ uğrunda gedən döyüşlər də vətənin bütövlüyü naminə aparılıb. Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar. Bu təməli qoruyub saxlamaq və inkişaf etdirmək üçün şagirdlərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün , şagirdlərdə vətənpərvərlik hissi yaratmaq məqsədilə məktəbimizdə “Aprel döyüşləri” nə həsr olunmuş tədbir keçirildi. Tədbirimiz vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuşdur. Şagirdlər tərəfindən vətənpərvər şerlər və musiqilər səsləndirildi. Həmçinin canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyyatda olan mayor, məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi - Elxan Mirzəyev tərəfindən məktəbimizin müəllim və şagirdləri tədbirdəki fəal iştiraklarına görə diplomla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi