Ulu Öndərin irsinin daha dərindən öyrədilməsinə həsr edilmiş dərs

Aprelin 4-də XI sinif şagirdləri üçün Ulu Öndərin irsinin daha dərindən öyrədilməsinə həsr edilmiş növbəti dərs keçirilib.Məktəbimizin tarix müəllimi Mehriban Poladova “1991-ci ilin 18 oktyabrında Müstəqillik haqqında Konstitutsiya Aktının qəbul edilməsi” mövzusunu tədris edərkən Ümummilli Liderin siyasi hakimiyyətə ikinci dəfə gəlişinin tarixi əhəmiyyətindən, qəbul edilmiş Konstitutsiya Aktının əhəmiyyəti, Müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etməsi barədə, insanların söz, fikir azadlığı haqqında ətraflı danışmışdır. Tədris prosesində ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu, ölkədə iqtisadi dirçəlişə nail olunması sahəsində gərgin fəaliyyəti barədə, həmçinin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxması ilə əlaqədar məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi