"Şəhidlər ölməz, Vətən bölünməz"

2016-cı il aprel döyüşlərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı qarşıdurma zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən düşmən tərəfinin çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılması soydaşlarımızın ruh yüksəkliyinə səbəb olmuşdur. Həmin qarşıdurma zamanı həlak olan əsgərlərimizin ruhunu yad etmək məqsədilə məktəbin ibtidai siniflərində şagirdlər məlumatlandırıldı, vətənpərvərlik haqqında şerlər söylənildi, səhnəciklər nümayiş etdirildi və canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi