44 günlük Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun doğum günü

Məktəbin rəhbərliyi, müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Martın 27-də məktəbimizin şəhid məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun doğum günü ilə əlaqədar olaraq, məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti şəhidin məzarını ziyarət edib, onun xatirəsini böyük ehtiramla yad etdilər. Tədbirdə 209 nömrəli məktəbin rəhbərliyi, rayon ictimaiyyəti nümayəndələri və qazilər iştirak edirdilər. Tədbirdə şagirdlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.