9-11-ci siniflər üçün məlumatlandırıcı görüş

Martın 17-də məktəbin 9-11-ci sinifləri üçün məlumatlandırıcı görüş keçirildi. Görüşdə Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi iştirak edərək, şagirdlərə təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları və ödəniş şərtləri barədə geniş məlumat verdi. Həmçinin, güzəştli şərtlərlə təhsil alma imkanları xüsusi vurğulandı. Sonda şagirdlərin sualları cavablandırıldı, onların rəy və təklifləri dinlənildı, TTKF-ə məxsus bukletlər paylanıldı. Qeyd edək ki, belə görüşlər gənclərin maariflənməsinə və təhsil tələbə kreditlərindən faydalanmalarına şərait yaratmaq məqsədi daşıyır.