5 Mart - Bədən Tərbiyəsi və İdman Günü

Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır. Şagirdlərin idmana olan marağının artırılması,sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar tərtib edilmiş proqrama uyğun olaraq, həftə ərzində məktəbdə fiziki tərbiyə müəllimlərinin və şagirdlərin iştirakı ilə mövcud qaydalara uyğun səhər gimnastikası, müsabiqələr, yarışlar, görüşlər keçirilmişdir. Martın 14-də isə həftə ərzində yarışlarda qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırıldı. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, qalib gələn şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi