Azərbaycanda "Alternativ enerji " sahəsində görülən işlər

VIII sinif şagirdləri tərəfindən Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülən işlər barəsində araşdırma aparıldı. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlərdən biri də ölkədə ilk dəfə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət proqramının qəbul olunmasıdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması baxımından ölkənin enerjiyə olan tələbatının ödənilməsi problemi mövcud deyil. Lakin ənənəvi enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsi prosesi ilə müşaiət olunur, ənənəvi enerji mənbələri olan karbohidrogen ehtiyatları dünyada tükənməz deyil və bunu nəzərə alan ölkə rəhbərliyi alternativ enerji mənbələrindən istifadəni gələcəyə hesablanmış strateji vəzifə kimi müəyyənləşdirib. Çünki Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir.2004 -cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı "nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı imzalanıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair proqramlar artıq öz bəhrəsini verməkdədir və 2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə ilk külək elektrik stansiyası işə düşüb. Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi