"Fənnlərin Ekoloji Aspektləri"

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində şagirdlərimiz ümumtəhsil məktəblərində tədris olunan fənnlərin ekoloji aspektlərini araşdırdılar.Şagirdlərimiz coğrafiyanın, biologiyanın, fizikanın, tarixin, ədəbiyyatın, ana dilimizin, kimiyanın ekoloji aspektləri mövzusunda çıxış etdilər. Coğrafiyanı öyrənən məktəblilər hər bir dərsin ekoloji aspektini aramaqla özünün yeni ekoloji dünyagörüşünü tez formalaşdırır. Bioloji elmlər planetimizdə unikal hadisə olan həyatın qanunlarını açmaqla məktəblilərin ekoloji mədəniyyətini formalaşdırır. Fizikanı öyrənərkən ekoloji tələbləri nəzərə alan məktəblidə fizika və ətraf mühit sahəsində düzgün təsəvvür yaranır. Tarix dərslərini öyrənərkən məktəblilər hadisələrin səbəblərini dərk etmək üçün təkcə insanlar arasındakı münasibətləri yox, həm də insan ilə ətraf mühit arasındakı münasibətləri izləməyə çalışır. Ədəbiyyatın ekoloji aspekti insanın təbii və antropogen mühit şəraiti ilə vəhdətini əks etdirir, insanın təbiətə etik münasibətini xarakterizə edir, müasir ekoloji problemlerin mənəvi -estetik və sosial -siyasi aspektlərini dərk etməyə kömək edir. Ekoloji kimyanın öhdəsinə düşən işlər çoxdur : mühitin kimyəvi parametrləri və onların normasının müəyyən olunması, kimyəvi istehsalın ekolojiləşdirilməsi, tullantıların zərərsizləşdirilməsi və təmizlənməsi, ətraf mühitə (suya, havaya ,torpağa ) atılan kimyəvi tullantıların zərərsiz normasının müəyyən edilməsi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi