Vll-Xl sinif şagirdləri arasında qol güləşi yarışı

Martın 11-də məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Hacı Qurbanovun rəhbərliyi ilə Vll-Xl sinif şagirdləri arasında qol güləşi yarışı keçirildi. Yarışın nəticələrinə görə qızlar arasında I yerə 8 b sinif şagirdi Əliyeva Aytac, oğlanlar arasında isə 9 c sinif şagird Cabarov Əli layiq görüldü. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, idman yarışında qalib gələn şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı.