10 b və 11 a sinif şagirdləri arasında voleybol idman yarışı keçirildi

Martın 7-də "5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə 10 b və 11 a sinif şagirdləri arasında voleybol idman yarışı keçirildi. Sonda qiymətləndirmənin nəticəsi olaraq, 11 a sinfi qalib oldu. Qalib komanda məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunacaq.