VI siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq

Martın 5-də məktəbin fəaliyyət planına əsasən VI b sinfində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq həyata keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.