"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ekskursiya"

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Alternativ enerji" aylığı ilə əlaqədar məktəbimizin fizika müəlliməsi Mehparə Abdullayevanın təşkilatçılığı və coğrafiya müəlliməsi Novruzova Könülün iştirakı ilə şagirdlərimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakultəsinə ekskursiya etdilər. Energetika fakultəsinin dekanı dosent Həsənov Zakir və Elektromexanika kafedrasının müdiri dosent Əhmədov Elbrus tərəfindən şagirdlərimizə alternativ enerjinin növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı haqqında ətraflı məlumat verdilər. Ekskursiya zamanı şagirdlərimizə günəş panelinin işləmə mexanizmi nümayiş etdirildi. Universitet tələbəsinin alternativ enerji ilə əlaqədar hazırladığı maket və işləmə mexanizmi şagirdlərimizin marağına səbəb oldu. Şagirdlərimizi yüksək səviyyədə qəbul etdikləri üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlıya, energetika fakultəsinin dekanı dosent Həsənov Zakir müəllimə, elektromexanika kafedrasının müdiri dosent Əhmədov Elbrus müəllimə təşəkkürümüzü bildiririk!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi