11-ci sinif şagirdləri ilə psixoloji söhbət

Fevralın 28-də məktəbin psixoloqu Sevinc Muradova tərəfindən 11-ci sinif şagirdləri ilə psixoloji söhbət aparıldı. Psixoloq əvvəlcə şagirdlərin imtahan həyəcanı səviyyəsini öyrənmək üçün sorğu keçirib və sonra isə imtahan qabağı yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı onları məlumatlandırıb, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün məsləhətlər verdi.