"Xocalı Faciəsi - Tariximizi Unutmayaq" adlı bilik yarışması

Fevralın 26-da məktəbdə Telan Tədris mərkəzinin təşkilatçılığı ilə Maştağa qəsəbəsinin 108, 128, 209, 255, 293 nömrəli məktəblərinin 8-ci sinif şagirdləri arasında "Xocalı Faciəsi - Tariximizi Unutmayaq" adlı bilik yarışması keçirildi. Yarışmanın keçirilməsində məqsəd 8-ci sinif şagirdlərinə Xocalı faciəsinin tarixini və əhəmiyyətini anlatmaq, Azərbaycan dövlətinin tarixi və milli dəyərlərimiz haqqında məlumat vermək, şagirdlərin biliklərini sınamaq və onların milli dəyərlərə bağlılığını artırmaqdır. Yarışmanın nəticələrinə görə 1-ci yerə 293 nömrəli tam orta məktəb, 2-ci yerə 128 nömrəli tam orta məktəb, 3-cü yerə 108 nömrəli məktəb layiq görüldü. Qalib komandalar Telan tədris mərkəzi tərəfindən fəxri diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldı.