"Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir

Məktəbin fəaliyyət planına əsasən fevralın 26-da məktəbdə Azərbaycançılıq ideaları, milli mənəvi dəyərləri təbliğ etmək Azərbaycan dili, Ədəbiyyatı, Tarixi, Mədəniyyəti və İncəsənətinə məhəbbət hissini aşılamaq məqsədi ilə "Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və bir-birini əvəzləyən möhtəşəm kompozisiyalar, bədii qiraət nümunələri, səhnəciklər ilə yadda qaldı. Şagirdlər, dilin qorunması və onun gələcək nəsillərə ötürülməsinin vacibliyini əks etdirən qısa səhnəciklər təqdim etdilər. Şagirdlər ana dilinin gözəlliyini və gücünü nümayiş etdirmək üçün şairlərin şeirlərini və qəzəllərini səsləndirdilər. Ana dilinə olan sevgini ifadə etmək üçün musiqi və folklor, ana dilinin tarixini və inkişafını göstərən slayd şoular və videolar təqdim edildi. Bu, şagirdlərə dilin keçmişdən bu günə qədər necə inkişaf etdiyini, onun qorunmasının nə qədər vacib olduğunu anlatmağa kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi