"EKO - təqdimatlar" "22 Mart - Ümumdünya Su Günü"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Hazırda həyata keçirilən layihələrdən biri də " EKO - təqdimatlar " layihəsidir . Bununla əlaqədar olaraq, martın 17-də Novruzova Könülün iştirakı ilə "Ümumdünya Su Günü" nə həsr olunmuş dəyirmi masa keçirildi və şagirdlərimizin hazırladıqları təqdimatlara baxıldı.1992 -cı ildə BMT - nin keçirdiyi Ətraf Mühit və inkişafa dair Konfransda ilk dəfə olaraq içməli suyun bəşəriyyət üçün əhəmiyyətini qeyd etmək məqsədilə müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması tövsiyyə edilmişdir. BMT-nin Baş Assambleyası 1993 -cu ildə 22 mart tarixini Ümumdünya Su Günü elan etmiş və həmin ildən 22 mart Ümumdünya Su Günü kimi qeyd olunur. Su ehtiyatları dünya ölkələri arasında bərabər paylanmamışdır. Milyardlarla insan dünyada içməli və təmiz su qıtlığından əziyyət çəkir. Təmiz və içməli su problemi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biridir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi