"Alternativ enerji "
"Alternativ enerji " aylığı layihəsi çərçivəsində Qasımova Ulduzə III b sinifində şagirdlərə enerji, enerjidən istifadə və enerjiyə qənaət haqqında ətraflı məlumat verdi. "Enerji " sözü yunan mənşəli "energia"dan əmələ gəlib "hərəkət, fəaliyyət " mənasını bildirir. Enerji müxtəlif növ olur : Mexaniki,istilik, elektrik. Enerji nağıl qəhrəmanları kimi bir şəkildən başqa şəklə düşür. Insanlar elektrik enerjisini başqa şəklə salan cihazlar düşünüb tapırlar. Məsələn , elektrik enerjisi elektrik lampasında istilik və işıq, elektrik çaydanında istilik, elektrik mühərrikində mexaniki enerjiyə çevrilir. "Alternativ enerji " mövzusunda təqdim edilən video şagirdlərin marağına səbəb oldu.