Kitab bağışlama günü

Dünya əhalisi fevralın 14-ü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bu gün məktəbin ibtidai sinif müəllimi Ruhanə Yaqubova tərəfindən 4 b sinif şagirdlərinin bir-birinə kitab bağışlama ideyası həyata keçirilib. Şagirdlər böyük həvəslə yoldaşlarına kitab hədiyyə ediblər. Bu təşəbbüs şagirdlərdə kitab oxumağa böyük maraq və sevgi yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi