Dərs dinləmə

Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə məktəb rəhbərliyi tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə fevralın 13-də 5 b sinfində məktəbin fransız dili müəllimi Gülmalıyeva Şəmsiyyənin fransız dili fənnindən dərsi dinlənildi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Müəllimin proqramı, icmalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır. Dərslərin dinlənilməsində məqsəd müasir dərsin quruluşuna aid öyrənilənlərin dərsdə tətbiqinə nəzarət etməkdir.