Memorial Soyqırım muzeyinə ekskursiya

Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 12-də 7-ci sinif şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım muzeyinə ekskursiyası təşkil edildi. Məqsəd Azərbaycanın qanlı tarixi olan Xocalı faciəsini unutdurmamaqdır. Memorial Soyqırım muzeyinin bələdçisi tərəfindən muzey haqqında, muzeyin yaranma tarixindən, muzeydə qorunub saxlanılan eksponantlar haqqında geniş məlumat verildi. Şagirdlər 4 bölmədən ibarət olan muzeyin tarix, deportasiya-repressiya, soyqırım və terror bölmələrini gəzərək müxtəlif eksponatlar, fotoşəkillər, rəsm əsərləri ilə tanış oldular. Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi