Valideyn iclası

Fevralın 11-də məktəb rəhbərliyinin iştirakı ilə 7 b sinfində valideyn iclası keçirildi. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu. İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:

1.Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında.

2. Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması.

3.Məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi.

4.Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması.

Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarəti gücləndirərək və mütəmadi olaraq çantalara baxış keçirərək bu məsələni diqqətdə saxlayırıq. Valideynlərlə profilaktik söhbətlər aparılıb və təhlükəsiz mühitin pozulmaması üçün tövsiyyələr verildi. İclasda eyni zamanda valideynlərin təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi