Vətən müharibəsi şəhidi Şəfizadə Salehin anım günü

Fevralın 7-də 209 mömrəli tam orta məktəbdə Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Şəfizadə Salehin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə qonaq qismində şəhid ailələri, qazilər və Şəfizadə Salehin ailə üzvləri iştirak edirdilər. Anım gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri məktəbin direktoru Səbahət Ağayeva açaraq, Vətən müharibəsi şəhidi Şəfizadə Salehin həyat və döyüş yolundan bəhs etdi. Tədbir iştirakçıları Şəfizadə Salehin qısa və şərəfli ömür yolunu əks etdirən kompozisiya təqdim edib, Vətən və şəhidlərə həsr olunmuş milli ruhda şeirlər söyləyib, mahnılar ifa etdilər.