2 fevral – Azərbaycan Gəncləri Günü

Məktəbin kollektivinin 2 fevral - Azərbaycan Gəncləri günü ilə əlaqədar yığıncağı təşkil olundu. Bu yığıncaq, məktəbin kollektivi üçün istirahətdən zövq almaq, həm də iş yoldaşları arasında münasibətləri daha da möhkəmləndirmək məqsədi daşıyırdı. Gəzinti zamanı müəllimlər arasında bir çox maraqlı və əyləncəli anlar yaşandı. Məktəbin direktoru Səbahət Ağayeva gəncləri əlamətdar gün münasibətilə təbrik edərək vurğuladı ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləyib, çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın parlaq gələcəyi müasir düşüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub və uğurla davam etdirilir. Məktəb kollektivi adından hər birinizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayırıq!