"Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında pedoqoji heyət üçün seminar

Yanvarın 31-də məktəbin direktoru Səbahət Ağayeva və ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın iştirakı ilə "Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında pedoqoji heyət üçün seminar keçirildi. Seminarda verilən suallar ətrafında müəllimlər ilə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Pedoqoji heyətin nəzərinə müasir dərsin addımları bir daha izah olundu. Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesinin davam etdiyi pedoqoji heyətin nəzərinə çatdırıldı. Dərslərin dinlənilməsində məqsəd dərsin müasir təlim metodlarına uyğunluğunu dəyərləndirməkdən ibarət olduğu bildirildi. Seminarın keçirilməsində məqsəd məktəbin pedoqoji heyətinin müvafiq sahə üzrə bilik və bacarıqlarının yüksəldilməsi olmuşdur.