Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi

Yanvarın 31-də məktəb rəhbərliyinin iştirakı ilə növbəti pedaqoji şura iclası keçirildi. İclasda təhsil keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin təhlili və məktəbin texniki imkanlarının genişləndirilməsi kimi vacib məsələlər müzakirə olundu. İclasın əsas gündəliyində birinci yarımilin yekunlarının dəyərləndirilməsi yer aldı. Xüsusilə aşağı nəticə göstərən siniflərdə əlavə dəstək tədbirlərinin həyata keçirilməsi qərara alındı. 4-6-9-cu siniflərdə monitorinqlərin keçiriləcəyi haqqında məlumat verildi. İclasda məktəbdə növbətçilik sisteminin təşkilinə də toxunuldu. Tədris prosesinin nizam-intizamla davam etdirilməsi üçün növbətçi müəllimlərin məsuliyyətləri bir daha xatırladıldı. Eyni zamanda, fevral ayının "Xarici dillər" aylığı elan edilməsi qərara alındı. Bu ay ərzində müxtəlif müsabiqələr, təqdimatlar və interaktiv dərslərin keçirilməsi planlaşdırılır. Məqsəd şagirdlərin xarici dil biliklərini inkişaf etdirmək və onları beynəlxalq mühitə daha hazırlıqlı etməkdir. İclasın sonunda müəllimlər arasında fikir mübadiləsi aparıldı və qəbul edilən qərarların icrası ilə bağlı tapşırıqlar verildi. Məktəb rəhbərliyi və pedaqoji kollektiv, bu tədbirlərin təhsil keyfiyyətini artıracağına və şagirdlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi