“Nağıllar aləminə səyahət”

Yanvarın 22-də məktəbin kitabxanaçısı Əzizə Qasımovanın təşkilatçılığı ilə “Nağıllar aləminə səyahət” başlığı altında 1 b sinfində nağıl saatı keçirildi. Şifahi xalq ədəbiyyatının ən qədim və ən geniş yayılmış janrı olan nağıllar haqqında oxuculara məlumat verildi. Kitabxanaçı Əzizə Qasımova "Qarğa və tülkü"adlı nağılı şagirdlərə oxudu. Sonda şagirdlərin oxuduqları nağıllar barəsində sual-cavab edildi.