"Qış nağılı" adlı rəsm sərgisi

Məktəbin təsviri incəsənət müəllimi Könül Cəfərovanın təşkilatçılığı ilə xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə V-Xl sinif şagirdləri arasında qış mövzusunda sərgi təşkil edildi. Sərgidə məktəbin istedadlı şagirdlərinin bir-birindən maraqlı, göz oxşayan kompozisiyaları sərgiləndi. Şagirdlərin rəsmlərində qarlı qış mənzərələri, yeni il ab-havası uğurla əks etdirilmişdir. Ümümilikdə sərgi məktəb kollektivi və şagirdlər tərəfindən böyük rəğbətlə qarşılandı. 1-ci yer 8 a sinif şagirdi Zeynalova Tahirə, 2-ci yer 8 a sinif şagirdi Zeynalov Mirdaməd, 3-cü yerə 6b sinif şagirdi Əliyeva Bəturə və 8 b sinif şagirdi Seyidova Zeynəb layiq görüldü. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı. Şagirdlərimizə uğurlar arzulayırıq!