Monitorinq

Məktəbin fəaliyyət planına uyğun olaraq, 4 b sinfində Azərbaycan dili və riyaziyyat fənləri üzrə şagirdlərin bilik və bacarıqlarına müəyyənləşdirmək məqsədilə monitorinq keçirildi. Şagirdlər onlara təqdim olunan suallara böyük həvəslə cavab verərək, cari tədris ilinin birinci yarım ilində əldə olunmuş nəaliyyətlərini nümayiş etdirdilər. Qeyd edək ki, məktəbin fəaliyyət planında tədris ili ərzində ayrı-ayrı siniflərdə müxtəlif fənlər üzrə vaxtaşırı monitorinqlər nəzərdə tutulub və bu da tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.