“20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı məktəbdə xüsusi dərslər keçirildi

“20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən, məktəbdə xüsusi dərslər keçirilirdi. Xüsusi dərslərin keçirilməsində məqsəd Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının qəhrəmanlığından söhbət açmaq, tariximizin şanlı səhifələrini vərəqləməkdir. Qeyd edildi ki, 20 Yanvar faciəsi yalnız hüzn günü kimi deyil, xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi kimi anılmalıdır. Şəhidlərimizin qəhrəmanlığı hər bir vətən övladına örnək olmalıdır.