Novruz gəlir, yaz gəlir

17.03.2017-ci il tarixdə 209 nömrəli tam orta məktəbdə Novruz bayramı ilə bağlı tədbir keçirilib. Direktor Arizə xanım Mahmudova tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən direktor Arizə xanım Mahmudova onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirilib. Sonda məktəbin şagirdləri akt zalında möhtəşəm hazırlanmış bayram xonçası ətrafında dövrə vuraraq “yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi