"Azərişıq ASC Maştağa İstismar Şöbəsinə ekskursiya"

Ekoloji aylıqlar layihəsi çərçivəsində Novruzova Könülün iştirakı ilə VII b sinif şagirdləri Azərişıq ASC Maştağa İstismar şöbəsinə ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlərimizə Azərişıq ASC -nın məsul şəxsi Məmmədzadə Hüseyn müəllim tərəfindən ətraflı məlumat verildi. "Azərişıq " ASC -nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895 -ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok "da quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət tarixi arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan " Algemayne " sisteminin dinamo -maşınından verilirdi. Ümummilli liderimiz Heydər Əliyevin 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsini açdığı gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 13 oktyabr 2004 -cü il tarixli sərəncamı ilə "Energetiklər günü " peşə bayramı kimi təsis edildi. "Azərişıq " ASC öz missiyasını - istehlakçıları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməyi şərəflə yerinə yetirir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi