“Bullinqə son“ mövzusunda maarifləndirici seminar

Dekabrın 28-də məktəb rəhbərliyinin iştirakı ilə “Bullinqə son“ mövzusunda maarifləndirici seminar keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdi, bundan yarana biləcək fəsadlar haqqında danışdı.Tədbirdə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu. Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı. Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi