Məktəbdə enerjiyə necə qənaət edək ?

Enerjidən düzgün və qənaətlə istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, enerji israfçılığının və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda büdcəmizi qoruyub pulumuza qənaət edə bilərik. Hər bir məktəb müəyyən qaydalara əməl edib enerjiyə maksimum qənaət etsə, bunun ümumilikdə böyük iqtisadi səmərəsi olar.Lazımsız istifadə : Ən sadə üsul istifadə olunmayan sinif otaqlarında işıqları söndürməkdir. Təmizlik : Məktəbdə elektrik lampalarının təmizliyi çox vacibdir. Onların üzərinə toplaşan çirk və ya toz qatı işıqlandırmanı xeyli zəiflədir. Pəncərə şüşələrinin təmizliyi də daim nəzarətdə olmalıdır. Çirkli şüşələr otağa düşən təbii işığın müəyyən hissəsini udur.Qənaətcil lampalar : Qənaətcil lampaların ömrü uzun olur, həm də enerjini az işlədir.Kompüterlər : Bütün məktəblərdə kompüter otaqları var. Kompüterlərin düzgün köklənməsi, işlətdiyi enerjini 50% azalda bilər. Belə ki, kompüterlər enerjiyə qənaət rejimini dəstəkləyir, yəni bir neçə dəqiqə ərzində istifadə olunmursa , özü avtomatik gözləmə rejiminə keçir. Işlədilməyənə qədər "Stand - by" vəziyyətində qalır. Bu da boş enerji sərfinin qarşısını alır. Bu qaydalara əməl etməklə biz büdcəmizi, təbii sərvətlərimizi, ən əsası isə qoynunda məskən saldığımız, hələ ki, nazımızı çəkən ana təbiəti qoruya bilərik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi