Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa

Dekabrın 19-da məktəbin tarix müəllimi Aytən Həsənovanın iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan Aytən Həsənova Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 1924-cü il 9 fevral tarixində yaranması, respublikanın çox mürəkkəb tarixi inkişaf yolu keçməsi barədə məlumat verdi. Çıxışlarda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri qeyd edilmiş, muxtar respublikada son illərdə görülən işlərin, həyata keçirilən quruculuq tədbirlərinin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsi olduğu vurğulanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi